Bakıda baş tutacaq I Avropa Olimpiya Oyunlarına görə, 2015-ci ildə qəbul imtahanları may ayında keçiriləcək. Bu, hələ tam dəqiqləşməyib, lakin hazırda Təhsil Nazirliyi ilə birgə iş gedir. Olimpiada oyunlarından əvvəl imtahanları bitirməyi düşünürük. Tam vaxtı bilinmir. Lakin Bakıda və rayonlarda imtahanların oyunlardan əvvəl keçirilməsi nəzərdə tutulur. Vaxtı dəqiqləşdirib deyəcəyik.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu 2015-ci ildə qəbul imtahanlarının vaxtının əvvələ keçirilməsindən danışan TQDK sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə deyib ki, 11-ci siniflərin buraxılış imtahanlarına daha bir fənn əlavə olunacaq.
“Kim hansı xarici dil fənni keçirsə, ondan imtahan verəcək (ingilis, rus və s.), 9-cu siniflərə heç bir fənn əlavə olunmayacaq, 2 fənndən imtahan verəcəklər”.
E.Ə.
www.oxu.az