Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BYDPİ) sərxoş sürücülərə qarşı mübarizəyə həsr olunmuş sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd sərxoş sürücülərin ilk növbədə özünü və ətrafdakıları düşünməsidir.
DYP çarxa maraqlı şüar da seçib; nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri də mübarizə aparmalıdır.
Sosial çarxda oğlunun və həyat yoldaşının iradına baxmayaraq sürücü maşını sərxoş halda idarə etməkdən çəkinmir. Nəticədə isə ağır yol qəzası baş verir və ailənin bütün üzvləri xəstəxanalıq olur.
Oxu.Az DYP-nin hazırladığı həmin videonu təqdim edir:
E.Ə.
www.oxu.az