Əməkdar artist Almaz Ələsgərli ATV-də yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, Dilarə Əliyevanın aparıcılıq etdiyi proqramda qaydalara uyğun olaraq, əgər müğənniyə 1000-dən çox səs göndərilərsə, onun başına rəngli su və un töküləcəkdi. 1009 səs toplayan A.Ələsgərli uduzmuş hesab edilib və ifaçının başına rəngli su və un tökülüb.
Xatırladırıq ki, ötən dəfə verilişin qonağı olan müğənni Nadir Qafarzadə üçün 1026 səs gəlmiş, o da eyni vəziyyətlə qarşılaşmışdı.