Rusiyanın tanınmış ifaçısı Alsu Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, müğənni əməkdar artist Murad Dadaşovun dəvəti ilə “Maşın” realiti-şousunda qonaq olub.
“Bilirsiniz ki, mən Bakını və azərbaycanlıları çox sevirəm. Çox sağ olun ki, məni bura dəvət etmisiniz. Dünən “Eurovision”ı həyəcanla izlədim. Azərbaycanlı və Rusiyadan olan ifaçıya həmişə pərəstiş edirəm. Yaxın dostum Orxanın toyuna gəlmişəm. Onu təbrik edirəm. Burada faciəvi bir hadisə baş verdiyini eşitdim. Dəhşətli hadisədir. Bütün yaxınını itirənlərin ailəsinə başsağlığı verirəm”, - deyə ifaçı bildirib.