Xalq artisti Amaliya Pənahova toya hazırlaşır.
Oxu.Az ATV telekanalında yayımlanan “10lar” verilişinə istinadla xəbər verir ki, Amaliya xanım yaxın vaxtlarda qız nəvəsini gəlin köçürəcək.
Nəvələrindən ağız dolusu danışan xalq artisti digər nəvəsi Aydının onun yolunun davamçısı olmasını arzulayır:
“Heç olmasa biri mənim yolumu davam etdirsin. Aydın nəvəm çox istedadlıdır. Özünə ixtisas seçəndən sonra ikinci sənət kimi incəsənətlə də məşğul olar”.
Aktrisa neçə vaxtdır ki, gündəmi zəbt edən imic dəyişikliyindən söz açıb:
“Yaxşılığa və pisliyə doğru dəyişiklik olur. Əlbəttə, hər zövqü oxşamaq çətin məsələdir. Mən Moskvada filmlərə çəkilirəm. Bu imic dəyişikliyi də bununla əlaqədardır”.
Aytən Sadıqzadə
www.oxu.az