Azərbaycanın görkəmli aktrisası, Bakı Bələdiyyə teatrının direktoru Amaliya Pənahova xarici görünüşündəki dəyişikliklə yenidən hər kəsi təəccübləndirib.
Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, bir müddət öncə plastik əməliyyat keçirən 69 yaşlı xalq artisti tanınmaz hala düşüb. İmicində inqilabi dəyişiklik edən sənətkar saçlarının rəngini də dəyişib.
Ötən gün “Səni axtarıram” verilişinin qonağı olan aktrisanın fotolarını sizə təqdim edirik: