Moda dizayneri Nika Danilov 6 ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır.
Oxu.Az everyazeri.com-a istinadla xəbər verir ki, Nika Seattle şəhərində Nyu York Moda Akademiyasında təhsil alıb:
“Nyu York Moda Akademiyası çox geniş Dizayn və Quruculuq proqramına sahibdir, məhz ona görə mən karyerama başlamaq üçün böyük biliklərə nail oldum.
Artıq Nika Danilov pərakəndə dəb brendidir. Bu brend mənim yaradıcılığımı və incəsənətimi əks etdirməklə əsrarəngiz gecə qiyafətlərini təqdim edir. Nika Danilov zərif, cazibədar və təkrarolunmaz qadınlar üçündür”.
Nika Danilovun fotosessiyasını təqdim edirik: