Xəbər verdiyimiz kimi, reper Anar Nağılbaz ilk həyat yoldaşı, iki övladının anası Anjelika Cəbiyevadan boşanıb. O, ikinci dəfə Aytən adlı xanımla evlənməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, reperin keçmiş xanımı onun övladları ilə maraqlanmadığını, kirayələrdə yaşadığını və evin aylıq ödənişini ödəyə bilmədiyini deyib.
“ARB TV”-nin “Günə son” proqramının yaradıcı heyəti reper və övladları ilə görüşüb.
“Atamla tez-tez görüşürük. Bizə hər gün, hər şey alır”, - deyə cütlüyün oğlu söyləyib.
“Yenidən birləşmək mümkün deyil. Mənim istədiyim xanım var. O da uşaqlarımı qəbul edib. Bu barədə çox danışmaq istəmirəm. Bu, şəxsi həyatdır”, - deyən reper göz yaşlarına hakim ola bilməyib.
A.S.
www.oxu.az