Bu gün ölkəmizdə repin atası adlandırılan Anar Nağılbazın yeni klipinin təqdimatı olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, reper təqdimatdan əvvəl yayılmış videoya münasibət bildirib.
"O video ilə bağlı mən sizə çox söz deyə bilməyəcəyəm. Məhkəməyə verilib. Onlar həm çox yüksək məbləğdə maddi, həm də mənəvi cəza alacaqlar. Şübhələndiyim şəxslər var. Yayan xanımlardır. Sizdən qabaq vəkillərimlə görüşürdüm. Əlimdə 50 GB-lıq materiallar var. Video tam iftiradır və sübutlarım da var. Nə videodakı mənəm, nə o mənim səsimdir. Onların hamısı qara PR-dır.
Mənim keçmiş xanımım və o tərəfdən danışan heç kimin sözünə inanmayın. Onların hər zaman pulları verilib. Yay boyu uşaqlar mənim yanımda olub. Keçmiş xanımım dünən efirdə çıxıb deyir ki, mən uşaqlarıma baxmamışam. Qalan hər şey məhkəmədə açıqlanacaq. Həyatdır bu. Bir də baxırsan ki, ən güvəndiyin adamlar bıçağı belindən vurur".
Anar Nağılbaz mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib: “Mən çox xoşbəxtəm, mənim Aytənim var. Biz bu yaxında evlənəcəyik və o, məni hər cür sevir. Toyum mediaya açıq olacaq və Azərbaycanda hələ belə toy olmayıb".
Reperə dəstək üçün təqdimata gələn Naibə Orucova bu videonun sadəcə qara PR olduğunu söyləyib: "Anar son vaxtlarda çox güclü məhəbbət yaşayır. Son bir ayda gözləri parıldayırdı. Bunu götürə bilməyən adamlar edib bunu. Videoya diqqətlə baxsanız, səslər üst-üstə düşmədiyini görərsiniz. Belə bir çox nüanslar var".

A.S.
www.oxu.az