Reper Anar Nağılbazın keçmiş xanımı Anjelika Cəbiyeva “Xəzər maqazin”ə müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, reperlə öz istəyilə ilə evləndiyini, lakin ailə üzvlərinin bu nikaha qarşı çıxdığını söyləyib. A.Cəbiyeva hətta qardaşlarının da toyda iştirak etmədiyini bildirib.
O, boşanma səbəbini isə evsizlik, maddi problemlərlərlə əlaqələndirib. Bilidirib ki, reper övladlarına atalıq etməyib, onların problemləri ilə maraqlanmayıb. Əvəzində bu yükü onun qayınatası çəkib.
***
12.49
Tanınmış reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Ölkə.Az-a müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, keçmiş ərinin sosial mediada rezonans doğuran intim videoları haqqında danışıb.
“Bu, mənim gördüyüm ilk video deyil. Məhz mən təhqir edildiyim video bu idi. Əgər bu videoları özləri üçün çəkirlərsə, onu telefonda saxlamağın nə mənası var? İndi də altı il əvvəlki stressi yaşadım. Çünki mənə və uşaqlarıma zərbə vuruldu”, - deyə o bildirib.
O, “Baxdığınız görüntülərdəki qadınlardan hansınısa tanıyırsınız?” sualına belə cavab verib: “Yalnız bu videodakı qadınla maraqlanmışam, digərləri ilə yox. O qədər belə şeylər olub ki, öyrəşmişdim. Bu görüntü də mən hamilə olduğum vaxta təsadüf etdiyi üçün ağır günlər yaşadım. Altı il əvvəl soruşanda dedi ki, həmin qadın vəfat edib”.
“Bizim boşanmağımıza ailəyə baxmamaq, evsizlik kimi problemlər səbəb olub”, - deyə o sözlərinə əlavə edib.
A.S.
www.oxu.az