Hazırda Kanar adalarında “Əbədi” adlı film üzərində çalışan 44 yaşlı dünya şöhrətli Hollivud aktrisası Ancelina Colinin adi çəkiliş günü əsl macəra filmini xatırladıb.
Aktrisa və onun həmkarı, “Taxt oyunları”nın ulduzu Riçard Madden çəkiliş məkançasında partlamamış bir bomba aşkar edildikdən sonra təcili təxliyyə ediliblər.
Qısa zaman çərçivəsində mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdirmək üçün hadisə yerinə gəliblər. Onların fərziyyələrinə görə, bomba İkinci Dünya Müharibəsindən qala bilər. Çünki çəkilişin aparıldığı bu yerdə illər öncə nasist bazası yerləşib.
“Dəhşətli idi. Bomba on illər boyunca toxunulmaz vəziyyətdə qalsa belə, nələrin baş verəcəyini belə ağla gətirəndə adamı qorxu bürüyür. Çəkiliş meydançasında dünya şöhrətli ulduzlar var idi və heç kim risk etmək istəməzdi. Mütəxəssislər çox yaxşı bir iş gördülər”, – deyə mənbə əlavə edib.
Xatırladaq ki, filmdə Coli Tena adlı super-qadın rolunu canlandıracaq. Tena isə “Marvel”dəki komiks personajıdır. Sözügedən ekran əsəri aktrisanın karyerasında ilk super-qəhrəman obrazı olacaq. Ssenarini oxuduqdan sonra Ancelina aktyorların filmdəki oyununun “çox ağır” olduğunu etiraf edib.
“Əbədi” filmi gələn il böyük ekranlara çıxacaq.
Rəşad Əliyev
Rəylər