Xəbər verdiyimiz kimi oktyabrın 31-i Rusiyanın xalq artisti Andrey Makareviç ilk dəfə olaraq Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməli idi.
Oxu.Az xəbər verir ki, konsert həmin tarixdə baş tutacaq, amma fərqli məkanda. Sarayda keçiriləcək konsertin yeri sonradan “Jumeirah Bilgah Beach Hotel”ə dəyişdirildi. Daha sonra yenidən məkan dəyişikliyi oldu.
Rusiyanın xalq artisti Bakıda ilk dəfə 31 oktyabr “Kempinski Hotel Badamdar”da çıxış edəcək. Biletlərin qiyməti 20-220 AZN arasında dəyişir.
Aytən Sadıqzadə
www.oxu.az