"Böyük Dəbilqə" turnirlərinin ikiqat çempionu və qoşa yarışlarda dünyanın keçmiş birinci tennisçisi, rusiyalı Anna Kurnikova dördüncü uşağının dünyaya gəldiyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kurnikova özünün "Instagram" hesabında paylaşım edib.
"Mənim günəşim, 17 dekabr 2025-ci il", - deyə o, körpənin şəklini paylaşıb. Körpənin cinsi göstərilməyib.

Qeyd edək ki, Anna Kurnikova məşhur ispaniyalı müğənni Enrike İqlesiasla evlidir. Cütlüyün əvvəlki üç övladı - əkizlər: oğulları Nikolas və qızları Lyüsi 16 dekabr 2017-ci ildə, qızları Meri isə 30 yanvar 2020-ci ildə doğulublar. Tennisçi və müğənninin ailəsi ABŞ-nin Mayami şəhərində yaşayırlar. Anna Kurnikovanın hazırda 44 yaşı var.