ARB TV “Xalqın şairi” adlı yeni telelayihəyə start verir.
Oxu.Az-ın məlumatına görə, verilişi “Qulp” və “Rezonans” verilişlərindən tanıdığımız Mübariz Əskərov təqdim edəcək.
Telemüsabiqədə şairlik istedadı olanlar yarışacaqlar.
Verilişin anonsları artıq yayımlanmağa başlayıb. Yarışmanın münsiflər heyətinin tərkibi yaxın günlərdə açıqlanacaq.
Yarışmanın baş mükafatı təbiət qoynunda tikilmiş ev olacaq.
Z.Q.
www.oxu.az