Ötən gün ANS telekanalının “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyevanın toy mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, teleaparıcı Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Hərbçi olan təzə bəyin adı isə Cenkdir. Ramazan ayında baş tutan mərasimdə spirtli içki verilməyib.
Elə bu səbəbə görə, qonaqlar süfrəyə iftar vaxtında dəvət olunub.
Qeyd edək ki, istirahət mərkəzlərinin birində açıq havada baş tutan avropasayağı təşkil olunmuş toyda iştirak edən şou-biznes nümayəndələri arasında, Rəşad İlyasov və Günay İbrahimli də olub (foto - ANS PRESS).








