Rusiyalı musiqiçi Anton Belyayev və “Therr Maitz” qrupu paytaxtımızda konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, məşhurlar mayın 28-i “Opera Sky”da sevənlərini bir araya toplayıb.
Gecəyə yerli dj-lər – Dj Shock və Dj Tim diskoteka şou ilə rəng qatıblar.
Qeyd edək ki, Anton Belyayev “Therr Maitz” qrupunun təsisçisi və solisti, Rusiyanın Birinci Kanalının “Qolos” (“Səs”) müsabiqəsinin yarımfinalçısıdır.
Aytən Sadıqzadə
www.oxu.az