Bu həftə “İş həmişə var” verilişində Meyvə Şirəsi Emalı və Süd Məhsulları Zavodunda işləyən zəhmətkeşlərin iş prinsipi ilə yaxından tanış olacaqsınız.
Oxu.Az xəbər verir ki, qoçaq və işgüzar aparıcı Fərid bu dəfə zavod işçisi kimi öz məharətini göstərəcək. O, meyvələrdən şirə çəkib, süd məhsullarından isə pendir və dondurma hazırlayacaq.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
Verilişə aprelin 27-si saat 13.15-də ATV-də baxa bilərsiniz.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az