Dünya şöhrətli amerikan brendi Nike “Hər şeylə risk et” (Risk Everything) adlı reklam çarxı çəkib.
Oxu.Az xəbər verir ki, reklamın çəkilişində Kriştiano Ronaldo, Neymar, Zlatan İbrahimoviç, Jerar Pike, Andres İnyesta, Ueyn Runi, Kobi Brayant, Con Cons, Andersan Silva, eləcə də İrina Şeyk və İnanılmaz Helk iştirak ediblər.
“Nike atletləri ən son həddə oynayırlar, çünki bilirlər ki, ən gözəl anlar unikal və sərhədləri aşan bir şeylər edəndə yaranır. Biz oyunu məhz bu anlar üçün izləyirik, çünki bu, bizi qəhrəmanlıqlara ruhlandırır. “Hər şeylə risk et” kampaniyası məhz buna çağırışdır. Əgər risk etməyə hazırsansa, imkanlarının sərhədləri yox olur” - Nike-ın məlumatında deyilir.
Qeyd edək ki, 24 saat ərzində videoya 5 milyon dəfə baxılıb.
Elvin Əhmədov
www.oxu.az