Aparıcı göz yaşlarına boğulub.
Oxu.Az xəbər verir ki, bir neçə il əvvəl dəhşətli yol qəzasında anası, bacısı, qardaşı və bacısının iki azyaşlı övladını itirən Space telekanalının aparıcısı Zamirə Dadaşova öz verilişində göz yaşlarına boğulub.
“Siqnal” verilişində Azərbaycan rayonlarından birində 4 gəncin yol qəzasında ölməsi ilə bağlı süjet gedib.
Süjet bitəndən sonra canlı efirdə Z.Dadaşova verilişi davam etdirmək istəsə də, göz yaşlarına hakim ola bilməyib. Aparıcının danışa bilmədiyini görən verilişdə qonaq qismində olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mövzunu dəyişməyə çalışıb.
<iframe src="http://vk.com/video_ext.php?oid=210129428&id=167286566&hash=4ce68e28756cd2ae&hd=1 width=" 607"="" height="360" frameborder="0">Aytən Sadıqzadə
www.oxu.az