Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan və Ermənistan nazirlərinin görüş vaxtı dəqiqləşdi
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yanvarın 24-də Parisdə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar