Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İnterfaks-ın verdiyi məlumata görə, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər.
Ermənistan XİN-dən bildirilib ki, nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.