Müğənni Əli Mirəliyevin açıqlamalarının birində qulağına sırğa taxan, üzünü dartdıran kişi ifaçılarını tənqid etməsi aparıcı Sərxan Kərəmoğlunu möhkəm əsəbiləşdirib.
Oxu.Az xəbər verir ki, o, İnstagram hesabında Ə.Mirəliyevin ünvanına bu sözləri işlədib:
“Mən elə başa düşürəm ki, erməni itin gülləsi belə sənin üçün artıq olar. Əgər sən bu xalqı müdafiə etmək üçün getsən, deməli hər an erməni gülləsinə tuş gələ bilərsən. Bu sənə şərəf gətirər. Sən isə bu şərəfə belə layiq deyilsən. Çünki sən öz xalqının övladlarına çirkin sözlər yağdırmaqdan başqa bu həyatda heç nə bilmirsən.
Bu şou-biznesdəki kişilərin evindəki ən zəif xanımlarında olan cəsarət belə səndə yoxdur. Sən həkimə görün, ailəndə olanlar bu cür müraciətlərinə və münasibətlərinə görə ölçü götürməlidir. Şou-biznes əhli, verin də bunun kimilərin cavabını. Sabah da bu əlinə nə isə alıb düşəcək canımıza, əgər tapsa”.