ATV-nin aparıcıları Vaqif Aydınoğlu və Samirə Mustafayevanın qızının səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, S.Mustafayeva bu haqda sosial şəbəkədə yazıb:
“Biz bir balaca xəstələnmişik. Çox şükür ki, indi hər şey yaxşıdır. Səhv qoyulan diaqnozun şokundan hələ də ayılmamışam. İndi çox xoşbəxtəm, Allahım yenə də möcüzə yaratdı”.
Aytən Sadıqzadə