Aparıcı İlqar Mikayıloğlu “Gün üzü” verilişinə qonaq olan müğənni Zamiq Hüseynova gözlənilməz sual ünvanlayıb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi aparıcının saqqallı imicinə baxaraq ona “İŞİD qruplaşmasının üzvü deyilsən?” sualını ünvanlayıb:
“İlqar hərdən elə söz deyir ki, insanların ürəyincə olmur. Amma buna baxmayaraq sakit halda fikrini çatdırırsan, sualını verirsən. Belə bir şey yoxdur. Efirə, güzgüyə baxıram özümə xoşdur. Saqqal dünyada dəbdədir. Mən də yaraşdığı üçün dəbdən istifadə edirəm. Başqa bir mənası yoxdur. Dünyada podiuma çıxan modellərin də çoxunun saqqalı var”.