Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zamiq Hüseynov ödəniş edib aldığı mahnını Xalq artistinin ifasında eşidib: “Zəng gəldi ki...” - VİDEO
Müğənni Zamiq Hüseynov Xalq artisti Briliant Dadaşova ilə ikisinə eyni mahnının təqdim olunmağından danışıb.
Oxu.Az xəbər verir ki, ifaçı ödəniş edib aldığı mahnını Dadaşovanın ifasında eşidib və müəlliflərə müraciət edib. Bu barədə o, “Xəbər ətər” verilişində söz açıb.
“Bir mahnı var idi, mənə göndərdilər. Müəllifi YAP10 (red. Zamiq Əliyev) idi. Pulunu verib alıram, göndərirəm aranjimana. Həmin vaxtda köməkçim Fuad zəng edib deyir ki, sən o mahnımı dəqiq almısan? Dedim artıq aranjimanın da pulunu vermişik. Dedi ki, Brilliant xanım radioda bu mahnını oxuyur. Yığdım dedim ki, ayıbdır, niyə 2 dəfə satırsınız? Məlum oldu ki, Brilliant xanıma göndəriblər, üstündən zaman keçir, baxırlar ki, xəbər çıxmayıb, mənə də göndəriblər. O ərəfədə də Brilliant xanım deməmiş mahnını oxuyub. Dedilər, bunu mediaya çıxardaq. Dedim, onu elə bir sənətkar oxuyub ki, o mənim hansısa mahnımı da oxusa, səsimi çıxarmaram. Bu mahnı mənim mahnım deyil, bu mahnı Brilliant xanımın mahnısıdır. Dedim pulu qaytarın. Sonra onun əvəzinə başqa mahnı göndərdilər”, - deyə o bildirib.
Qeyd edək ki, Hüseynov sözügedən nəğmənin adını gizli saxlayıb.
Daha ətraflı videoda:
"Zamiq Hüseynov" teqi üzrə xəbərlər
- Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
- Zamiq Hüseynov yataqxana günlərindən danışdı: "O zamanlara çox şey borcluyam"
- Müğənni Zamiq Hüseynov: “70 yaşında gedib toy oxuyur”
- Zamiq Hüseynov: “Füzuliyə qayıdıb, orada da yaşayacağam” - FOTO
- “Cəngavər”in “Maska”sı açıldı - VİDEO
Rəylər