“Füzuli mənim vətənimdir, təbii ki, orada da yaşayacağam”.
Bu sözləri Oxu.Az-a müğənni Zamiq Hüseynov sevənləri ilə görüş zamanı deyib.
O, Füzuli şəhəri ilə bağlı xatirələrindən söz açıb:
“8 yaşından buradayam. Hər şeyim Bakıdadır. Füzuliyə qayıdıb, orada da yaşayacağam. Açığı mən “haralısan?” sualını sevmirəm. Hər yerimiz Vətəndir. Füzuli də Vətənimdir. Həm orada, həm Bakıda yaşayacağam”.
Z.Hüseynov sonda Füzulidə keçiriləcək konsert proqramından danışıb: “1-2 aya Füzulidə konsert proqramı gözlənilir. Planlaşdırırıq. İnşallah baş tutar”.
Nəzrin Vahid
Rəylər