Xəbər verdiyimiz kimi, 28 və 29 apreldə Bakıda Sati Kazanova və Arseniumun (“O-zone” qrupunun sabiq solisti) “Şəfəqə qədər” (“До рассвета”) mahnısının klip çəkilişləri baş tutub.
Oxu.Az-ın məlumatına görə, bu gün həmin klipin premyerası olub. Artıq internetdə “До рассвета” (“Şəfəqə qədər”) klipinin videosunu izləmək olar.
Qeyd edək ki, klip Kiyev şirkəti “Cameralight Production”-nın dəstəyi ilə İçəri Şəhərdə və Xəzər dənizi sahilində çəkilib.
Aytən Sadıqzadə
www.xou.az