1993-cü ildən etibarən arvadı “Genesis” qrupunun üzvü Porici özünə oxşatmaq üçün ona özünün paltarlarını geyindirib, makiyaj edib və parik taxıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 20 il ərzində Poric getdikcə arvadına oxşamağa başlayıb. Poricin arvadı Ceyn öldükdən sonra belə özünü ona oxşatmağa davam edir. Poric qalmaqallı hərəkətləri ilə ölkədə məşhur olub. Ceyn gələcək ərinə rast gələrkən Poricin ona bənzədiyini bildirib.
Poric deyib:
“Biz ilk baxışdan bir-birimizə aşiq olmuşuq. Birgə yaşadığımız illərdə də getdikcə bir-birimizə bənzəməyə başlayırdıq. Bunun üçün Ceyn kimi geyindim və plastik əməliyyata da əl atdım”.
Poric arvadına bənzəmək üçün burun əməliyyatı, sinə implantı və 200 min dollar dəyərində hormon terapiyası qəbul edib. Poric və Ceyn “Pandrogeni” adlı incəsənət layihəsini həyata keçirmək üçün bir-birinə bənzəməyə çalışıb. Lakin layihə Ceynin mədə xərçəngindən vəfat etməsi ilə əlaqədar yarımçıq qalıb. Bununla belə, Poric tamamilə arvadına oxşamaq üçün işi yarımçıq saxlamayıb və Ceyn kimi geyinməyə davam edir.