Aktrisa Ashley Benson Los-Ancelesdəki evini satışa çıxarıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 26 yaşlı Benson 2012-ci ildə 2.2 milyon dollara satın aldığı evi üçün 2 milyon 995 dollar tələb edir.

Üç yataq otağı və üç hamam otağı olan evin qarajı var.
Ashley Benson-un Nyu-Yorka köçməyi planlaşdırdığı üçün evini satışa çıxardığı deyilir.

Gənc aktrisa “hər nə qədər Kaliforniyada doğulmuş olsam da mən özümü həmişə Nyu-Yorklu hiss edirəm” deyib.

1989-cu ildə doğulan Ashley Benson “Pretty Little Liars” adlı serialda canlandırdığı Hanna Marin obrazı ilə daha çox tanınır. Amma onun aktrisalıq karyerasının başlanğıcı bundan da öncəyə dayanır.

Benson 13 yaşından bu yana film və serialların çəkiliş meydançasındadır. “The O.C”, “Days of Our Lives” onun rol aldığı seriallardandır.

O, Selena Gomez, James Franco, Vanessa Hudgens-in də aralarında olduğu bir heyətlə rol aldığı “Spring Breakers” ilə də tanınır.
Aytən Sadıqzadə
www.oxu.az