Son zamanlar dünyanın bəlasına çevrilib milyonlarla can alan xərçəng xəstəliyindən sən demə Aşıq Samirə də əziyyət çəkirmiş.
Oxu.Az xəbər verir ki, “Onlar”a açıqlama verən ifaçı bu xəstəliyə qalib gəldiyini deyib:
“Əslində ölümdən qorxan adam deyiləm. Təkcə qızımdan narahat idim. Doğrudan da ölüm qaşla-göz arasındadır. Bu xəstəliyə 7-8 il əvvəl tutulmuşdum. Şükür olsun ki, yaxşı həkimlərin əlinə düşdüm. Allahın möcüzəsi var, məsləhət biləndə sağ qalırsan.
Allaha deyirdim ki, mənə möhlət ver, bundan sonra həyatı necə sevmək lazımdır mən bilərəm. Pul, var-dövlət, şöhrət daha düşünməyəcəyəm. Ölümün caynağından qurtulandan sonra bir daha başa düşdüm ki, həyat necə şirindir.
Həkimə hər kəsdən gizli getmişdim. Hətta mən bir az gecikmişdim. Amma möcüzə oldu”.
Aytən Sadıqzadə
www.oxu.az