Məşhur türkiyəli aktrisa Nebahat Çehre bu gün xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” verilişində məlumat verilib.
Özəl xəstəxanaların birinə yerləşdirilən sənətçinin vəziyyətinin normal olduğu açıqlanıb.
Qeyd edək ki, Nebahat Çehre Azərbaycanda “Aşkı memnu” serialı ilə sevilib.
Pərviz Hüseyn
www.oxu.az