ANS telekanalında yayımlanan “Günəbaxan” verilişində qonaq olan müğənnilər Aslan Hüseynov və Günay İbrahimli açıq-saçıq geyimlərlə bağlı fikir bildiriblər.
Oxu.Az xəbər verir ki, Günay İbrahimli verilişdə mövzu ilə bağlı bunları söyləyib:
“Mən konsertimdə açıq geyimlə səhnəyə çıxdığım üçün peşman deyiləm. Konsertdən aylar keçməsinə baxmayaraq hələ də o geyimlərim müzakirə olunur. Mən heç vaxt açıq geyinmədiyimə görə konsertdəki geyimlər hamını təəccübləndirdi. Şəhərə çıxıb baxın, gündəlik həyatda elə libaslardan istifadə edirlər ki, mənim konsert geyimim ondan yaxşıdır”.
Aslan Hüseynov isə Günayın konsertdə geyindiyi geyimə belə münasibət bildirib:
“Yaxşısı budur ki, sən o geyimlərinə görə peşman ol! Sənin gözəl səsin var. Sənə açıq-saçıq geyimlərlə reklam olunmaq lazım deyil. Neynirsən soyunmağı?”.
Aytən Sadıqzadə
www.oxu.az