Rusiya prezidentinin Olimpiadaya hazırlıq zamanı Soçidə keçirdiyi İctimai şuranın nümayəndələri ilə görüşü zamanı Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan Vladimir Putinə maraqlı fikirlə müraciət edib.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, 1tv.ru-da gedən məlumata görə o, milli mənsubiyyəti unutmaq təklifini irəli sürüb.
“Yəqin ki, biz öz milli mənsubiyyətimizi unudub, ilk növbədə Rusiyalı olmalıyıq, sonra isə erməni, türk, ləzgi və ya qeyri bir millət. Və bunu yalnız biz etməməliyik, bunu bizim övladlarımıza məktəb və uşaq bağçalarında öyrətməlidirlər. Bunun üçün, dövlət proqramı, dövlət təbliğatı lazımdır, yoxsa son heç də yaxşı olmayacaq” - Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan.
Qeyd etmək lazımdır ki, Vladimir Putin Marqarita Simonyanın bu fikrini dəstəkləyib.
“Sözsüz, dediyiniz bu fikir tamamilə doğrudur. Öncə Rusiyalı, sonra isə heç bir xalqın mədəni kökünü, milli mənsubiyyətinin danmadan hansısa bir etnosun nümayəndəsi olmaq lazımdır” – deyə Rusiya dövlət başçısı cavab verib.