Bu gün Xəzər telekanalında yayımlanan “Bizim Gün” verilişinə dəvət olunan qonaqlardan biri müğənni İlhamə Qasımova olub.
Oxu.Az xəbər verir ki, aparıcılar İlhamə Qasımovadan Uitni Hyustonun repertuarından mahnı ifa etməyi rica ediblər.
Müğənni bu təklifə:
“Mən tez-tez mahnıların sözlərini unuduram. Hətta qatıldığım mahnı müsabiqələrində də hər zaman sözlərə baxaraq mahnıları ifa etmişəm. Siz bunu mənə əvvəlcədən söyləsəydiniz, mən mahnının sözlərini gətirərdim” - deyə cavab verib.
Verilişin digər məşhur qonağı xanəndə Elnarə Abdullayeva isə İ.Qasımovaya:
“İngilis dilində bildiyin sözlərdən oxu getsin, onsuz da başa düşmürük. Kim nə biləcək?” - deyə dəstək olub.
Gülüşlə qəbul olunan bu fikirlərdən sonra İlhamə Qasımovanın mahnının sözlərini xatırlamaq cəhdləri alınmayıb.
Aytən Sadıqzadə
www.oxu.az