Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aslı Enver övladını Avropada dünyaya gətirəcək
Türkiyənin məşhur aktrisası Aslı Enver övladını Böyük Britaniyada dünyaya gətirməyi planlaşdırır.
Altıaylıq hamilə olan aktrisanın həyat yoldaşı Berkin Gökbudaqla birlikdə Londonda doğum xəstəxanası və həkim axtardığı bildirilir.
Türkiyəni müvəqqəti tərk edən sənətçi Britaniyada ailəsinə məxsus olan mənzili dünyaya gələcək qızı üçün hazır vəziyyətə gətirəcək.
Qeyd edək ki, ana olmağa hazırlaşan 38 yaşlı Aslı Enver körpə geyimlərinin satışı ilə məşğul olan brendlə 5 milyon lirə məbləğində müqavilə bağlayıb. Aktrisaya sonsuz-hesabsız reklam təklifləri gəlir.
Xatırladaq ki, Enver özü də Londonda dünyaya gəlib və 12 il orda yaşayıb. O, iş adamı Berkin Gökbudaqla bir neçə ay əvvəl ailə qurub.
Mənbə: Takvim
Rəylər