Telman İsmayılov Ajda Pekkanı səhnədən qovub
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, “Mardan Palace”ın sahibi Telman İsmayılov, həyat yoldaşı üçün otelində qonaqlıq verib. Dünya ulduzlarına milyonlar ödəyib quş südünü belə əskik etməyən İsmayılov, Türkiyənin Superstarı Ajda Pekkanı səhnədən qovaraq böyük bir ayıba imza atıb”,- Türkiyə mətbuatı yazır.
Türk popunun yaşayan əfsanəsi Ajda Pekkan, ötən çərşənbə günü gözlənilmədən xoşagəlməz durum ilə qarşılaşıb. Milyarder işadamı Telman İsmailov həyat yoldaşı Samirənin ad günü üçün Antaliyada sahibi olduğu Mardan Palace Oteldə 60 qonağı üçün xüsusi bir qonaqlıq təşkil edib.
İsmailov, A-dan Z-yə hər şeyin ultra-lüks olduğu qonaqlıqda səhnəyə çıxması üçün Ajda Pekkanı dəvət edib. Gözəl başlayan qonaqlıqda seçmə qonaqlar, Ajda Pekkanın çıxışını maraqla gözləyirdi. Vaxt gəlincə səhnəyə çıxan Superstar, canlı oxuduğu sevilən mahnıları ilə qonaqları coşdurarkən 10-cu mahnıda bir anda kəsilən səslə şok olub.
Superstara gecədə səhnəyə çıxması üçün 300 min lirə ödədiyi iddia edilən Telman İsmayılov, müğənninin performansını bəyənməyib. Bir anda əsəbləşərək masadan qalxan İsmayılov, “Budur Superstar, budur Ajda Pekkan, düşürün bu qadını səhnədən" - deyərək kobudluq edib.
Qonaqlar, işadamına çaşmış baxışlarla baxarkən, Telman İsmailov sakitləşmək bilməyib. Dünya ulduzlarını Türkiyəyə gətirmək üçün milyonlar xərcləyib, hədiyyə yağışına tutan İsmailovun, Türkiyənin Superstarına etdiyi bu ayıb hər kəsin diqqətini çəkib.
Edilən böyük tərbiyəsizlik qarşısında nə olduğunu anlamağa çalışan Pekkanı assistenti gələrək səhnədən düşürdüb. Otağına gedən məşhur müğənni, çamadanlarını yığdıqdan sonra reaktiv sürətilə oteldən ayrılıb.