Valideynlərin məktəblərin həyatında, tədris müəssisələrinin idarə olunmasındakı iştirakını artırmaq lazımdır.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Azərbaycan” qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, valideyn komitələri tədris müəssisələri və valideynlər arasında əsas körpüyə çevrilməlidir.
“Valideyn komitələrinin fəaliyyət göstərdiyi bəzi məktəblərin direktorları ilə görüşlər zamanı məlum oldu ki, həmin yerlərdə valideyn komitələrinin fəaliyyəti şəffaf və məhsuldar təşkil olunub” – deyə, Cabbarov bildirib.
Valideyn komitələri öz fəaliyyətləri barədə hesabat hazırlamalı, onları xüsusi stendlərdə yerləşdirməlidirlər.
“Məktəb direktorları və müəllimlər valideyn komitələrinin maliyyə məsələlərinə qarışmamalıdırlar. Valideyn komitələri müstəqi olmalıdır” – deyə, o qeyd edib.
Cabbarov həmçinin bildirib ki, valideyn komitələrinin fəaliyyətində sui-istifadə halları olmamalıdır.
Valideynlər onların könüllü yardımlarının uşaqlarının təhsil aldıqları şəraitin yaxılaşdırılmasına yönəldiyini biləndə onlar məktəblə daha sıx əlaqəyə can atırlar, deyə, nazir vurğulayıb (Trend).