Türkiyəli müğənni Atiye Deniz yenidən Bakının qonağı olacaq.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, ifaçı oktyabrın 26-27-si tanınmış restoranların birində konsert proqramı ilə çıxış edəcək. Sənətçi köhnə mahnıları ilə bərabər yeni mahnılarını da səsləndirəcək.
Qeyd edək ki, Atiye sentyabrın 7-si özəl tədbirlərin birində çıxış etmək üçün şəhərimizin qonağı olmuşdu.