Bəxtiyar Əlirzayevə ATV telekanalında vəzifə verilib.
Oxu.Az xəbər verir ki, B.Əlirzayev atvxeber.az saytına baş redaktor vəzifəsinə təyin edilib.
Bu məlumatı ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu da təsdiqləyib:
“Bəli, Bəxtiyar Əlirzayev atvxeber.az saytına baş redaktor təyin edilib. O, bu sahədə kifayət qədər təcrübəsi olan biridir. Saytın fəaliyyətinin daha da gücləndirilməsi üçün əlindən gələni edəcəkdir”.
Qeyd edək ki, B.Əlirzayev Publika.az saytının şef redaktoru vəzifəsində çalışıb.
Aytən Sadıqzadə
www.oxu.az