2014-2015-ci tədris ili üçün OİTM və TPM kreditli təhsil sisteminə keçid planlaşdırılır.
Oxu.Az Milli.az-a istinadən bildirir ki, bu məlumatı Təhsil Nazirliyindən veriblər.
Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu yenilik 2013-cü il 26 dekabr tarixli 354 saylı “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən tətbiq ediləcək.
Beləliklə, TPM və OİTM 2014-2015-ci tədris ili üçün kredit sistemli tədrisə keçidə hazır olmalıdırlar.