Azərbaycanda iri çay istehsalçılarından biri olan “Beta” Şirkətlər Qrupu çayın qiymətlərini artırıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu müxbirləri marketlərin satıcılarından öyrənib.
Mənbələrin məlumatına görə, qiymətlər təxminən 6-7% qalxıb.
Marketlərdən deyiblər ki, məsələn, əvvəllər 100 qramlıq “Champion” çayını 83 qəpikdən qəbul edirdilər, hazırda bu çayı 88 qəpikdən alırlar.
“Məcbur qalaraq, əvvəllər alıcılara 90 qəpikdən təklif etdiyimiz bu çayı hazırda 1 manata satırıq”, - deyə, marketlərdən bildirdilər.
Azərbaycanda digər bir iri çay istehsalçısı olan “Azərsun Holding” isə qiymətləri artırmayıb, çaylarının qiyməti dəyişməyib.