Rusiya mətbuatında “qanuni oğrular”ın “sxodka”sından sonra brlikdə çəkdirdikləri foto yayılıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, şəkildə bir çox tanınmış “oğrular” əks olunur.
Fotoda Çiro Şoniya, Hacı Talıbxanlı, Merab Çeişvili, Amiran Sopromadze, Vladimir Djibladze, Tenqiz Sanidze, Georgi Uqlava, Ülfət Tağıyev və Kaxa Parpaliya nümayiş olunub. Fotoda həmçinin azərbaycanlı avtoritet Rövşən Lənkəranski də görünür.
Qeyd edək ki, foto “Qanuni oğru”ların Türkiyədə keçirdikləri yığıncaq zamanı çəkilib. Həmin avtoritetlərin suiqəsd zamanı öldürülən “Ded Xasan”nın düşmənləri olduqları bildirilir.
