ATV-də yayımlanan “Düzünü desək” verilişinin aparıcısı Günay Firudinqızı canlı yayımda göz yaşlarını saxlaya bilməyib.
Oxu.Az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, efirə qonaq qismində qatılan müğənni Vasif Məhərrəmlinin ana haqqında sözləri aparıcını kövrəldib. O, valideyn mövzusunun onun həssas yeri olduğunu deyib:
“Demirəm ki, hər şeyə boyun əyirəm, valideynlərimin hər istədiyini edirəm. Mənim də kaprizlərim var. Amma hər gün dua edirəm: valideynlərimə nə olacaqsa, mənə də onlarla birlikdə olsun. Atamsız, anamsız bir gün belə yaşamaq istəmirəm”.
www.oxu.az