50 nəfər Şimali Koreya rəhbərliyindən bu il rüşvətxorluq və Cənubi Koreya teleseriallarına baxdıqları üçün edam ediliblər.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Yaponiyada Koreya yarımadasından olan xəbərlər üzrə ixtisaslaşan WoW!Korea informasiya portalı, iddia edir ki, edam edilənlər ölkənin rəhbərliyinə aid idilər, onlar rüşvətxorluq və cənubikoreya teleseriallarına baxdıqları üçün hyatlarını itiriblər.
Eyni zamanda qərbi KİV xəbər verir ki, yerinə yetirilən edamlar KDXR aparatın keçən ilin sonunda edam edilən liderin Çan Son Txekin əmisinin tərəfdarlarından “təmizləmə” prosesidir.
Keçən il dekabrın ortasında xəbər verildiyi kimi gənc Kim Çen In yanında dövlətdə “ikinci adam” 67 yaşlı Çan Son Txek hakimiyyətin devrilməsinə cəhd üçün edam edilib. Çan Son Txekin həbs səhnəsi bütün dünya KİV-də işıqlandırıldı.
Bu ilin ortasında yapon qəzeti “Sankey” xəbər verib ki, Çan Son Txekin edamından sonra 200 məmur və onların minlərlə qohumları bu qəsddə günahlandırılaraq həbs edilmişdilər. Qəzetin məlumatına görə, onların yarısını edam gözləyir, qalanları isə xüsusi düşərgələrə göndəriləcək. KDXR-da siyasi məhbusların sayı 80-120 min nəfərdir.
A.İ.