AzVision.az saytının “Miss-Media” layihəsinin növbəti qonağı ATV kanalının “Özünə bax!” verilişinin aparıcısı Seva Camalova olub.
Oxu.Az xəbər verir ki, Seva avqustun 28-də Bakı şəhərində doğulub. Əzim Əzimzadə adına rəssamlıq kollecini, sonra Rəssamlıq Akademiyasını bitirib. Bir müddət Muğam Teatrında truppa müdiri işləyib.
Lider TV-də onu bir sıra verilişlərdə iştirak edib. Daha sonra ATV kanalının “Özünə bax!” verilişini aparıb.
Boş vaxtlarında şoppinqlə məşğul olmağı, dəniz qırağında istirahət etməyi sevir. Fitnesslə məşğul olur.