“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında teleməkanda ilk dəfə olaraq yeni layihə yayımlanacaq.
Oxu.Az xəbər verir ki, layihə “İş həmişə var” adlanır.
Verilişin aparıcısı Fərid Rəsuldur.
Aparıcı hər verilişdə çirkli, təhlükəli, diqqət tələb edən bir peşədə özünü göstərəcək. Tamaşaçılar “İş həmişə var”da Fərid Rəsulu kanalizasiya təmizləyərkən, göydələndə pəncərə silərkən, heyvanxanada heyvan bəsləyərkən, balıqçılıq edərkən, yanğınsöndürənlərlə, alpinistlərlə, hərbi paraşütçülərlə, metroda qatar sürücüləri ilə, təcili yardım işçiləri ilə, FHN-in xilasediciləri ilə, asfalt çəkənlərlə, fəhləlik edərkən və başqa peşə sahibləri ilə birgə görəcək. O, iş başında olarkən yaşadığı həyəcanı və qorxunu izləyicilərlə bölüşəcək.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az