Almaniyada 2013-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının bununla bağlı keçirdiyi sorğuda yığmanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb.
Belə ki, 25 yaşlı futbolçu səslərin 30 faizini toplayaraq buna nail olub. Digər iki pillədə isə “Bavariya”nın futbolçuları qərarlaşıb. Filipp Lam ikinci (17.5 faiz səs), Tomas Müller isə üçüncü yeri tutub (13.7 faiz).
Qeyd edək ki, hazırda İngiltərə “Arsenal”ının şərəfini qoruyan Özil ard-arda 3-cü dəfə bu mükafata layiq görülüb.