Bakının Yasamal rayonunda 5 maşının iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən “Toyota RAV” markalı avtomobil qarşıda hərəkət edən və yol kənarında dayanan 4 “Mercedes Benz”ə çırpılıb.
Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, ilkin ehtimala görə qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən “Toyota RAV” markalı avtomobilin sürücüsü olub.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.