Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Avroviziya-2019”un yadda qalan perfomansları - VİDEO
Ötən gecə İsrailin paytaxtı Təl-Əviv şəhərində 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasının ilk yarımfinalı baş tutub.
Oxu.Az xəbər verir ki, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında keçən möhtəşəm gecədə tamaşaçıların diqqətini fərqli, standartlardan kənar, bir-birindən rəngarəng və göz oxşayan çıxışlar çəkib.
Şounu ilk açan isə Kipri təmsil edən Tamta olub. Seksual və cazibədar ifaçı “Replay” oxuyub. Onun səhnə performansı Ukraynanı yarışmada təmsil etməyə hazırlaşan, lakin müəyyən səbəblərdən qatıla bilməyən Maruvun mahnısı və səhnə şousu ilə bənzərlik təşkil edib. Mahnısında olan ritmlər də buna zəmin yaradıb.
Müğənni Çingiz Mustafayev mahnı yarışmasında Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək. Çingiz səsləndirdiyi mahnıda muğam oxuyacaq.
Rəşad Əliyev
Rəylər