“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində 17 ölkənin iştirakçısı öz çıxışlarını yekunlaşdırdı. Bir daha təkrar olaraq bütün iştirakçıların çıxışları qısa olaraq təqdim edildi. Bu, səsləri düzgün istiqamətdə vermək üçün nəzərdə tutulan müsabiqə qaydalarından biridir.
Səs verməyə start verən aparıcılar səhnəni 1998-ci ildə İsrailə qələbə sevinci bəxş edən 50 yaşlı Dana İnternationala təhvil verdilər. Müğənni dünya şöhrətli musiqiçi Bruno Marsın “Just The Way You Are” bəstəsini canlı ifa edib.
Oxu.Az xəbər verir ki, yarışmanın final mərhələsinə 10 ölkə çıxıb. Müsabiqənin qaydalarına əsasən, böyük beşlik ölkələri Fransa, İspaniya, İtaliya Böyük Britaniya, Almaniya və yarışmaya ev sahibliyi edən İsrail birbaşa finala vəsiqə qazanıb. Onlarla yanaşı Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya finala keçə bilib.
Bir neçə gün öncə baş tutan ikinci məşq zamanı münsiflər heyəti öz səslərini iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.
Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan, Portuqaliya finala keçməyən ölkələr oldular.
Qeyd edək ki, birinci yarımfinalda Azərbaycan səs vermək hüququna malik olmayıb.
“Avroviziya-2019” birinci yarımfinalı başa çatdı - YENİLƏNİB + VİDEO
Rəşad Əliyev
Rəylər